İRNA-nın müdafiə sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, general-mayor Əmir Əli Hacızadə çərşənbə axşamı incəsənət sahəsində “Pərçəmdar” sənədli filminin təqdimat mərasimində Müqəddəs Müdafiə Həftəsini uca tutmaqla yanaşı dedi: “Bizim müharibəmiz İraqla müharibə deyildi. Əslində, bu müharibə İnqilabından cəmi 19 ay ötən, Qərb və Şərq fövqəlgüclərinə və Avropa ölkələrinə qarşı dayanmış İran əleyhinə tətbiq edilmiş müharibə idi.”
SEPAH Aerokosmik Qüvvələrinin komandanı əlavə etdi: “Bu quruluşu məhv etmək və İranı parçalamaq üçün qarşımızda 30-a yaxın ölkə dayanmışdı, amma Allahın lütfü və xalqın müqaviməti sayəsində nəinki onların döyüş maşınına qalib gəldik, üstəlik, bir kvadrat metr torpaq itirmədik və öz iradəmizi onlara diktə etdik.”
O, İranın pilotsuz təyyarələr sahəsində dünya səviyyəsində olduğunu, texnika və taktika sahəsində üslub sahibinə çevrildiyini bildirərək dedi: “Bu gün biz dronlardan təkcə kəşfiyyat, müşahidə, döyüş və müdafiə işləri üçün deyil, onlarla digər missiya üçün də faydalana bilirik. Mülki sahədən əlavə, texniki baxımdan biz bu vasitədən missiya sahəsində də istifadə edirik.”
İslam Respublikası Xəbər Agentliyinin (İRNA) hazırladığı “Pərçəmdar” sənədli filminin mövzusu İran İslam Respublikasının pilotsuz təyyarələrinin gücüdür. 26 sentyabr çərşənbə axşamı günü axşam saatlarında bu filmin hərbi və hökumət rəsmilərin iştirakı ilə İncəsənət Evi Mərkəzində təqdimatı oldu.
“Pərçəmdar” sənədli filmin təqdimat mərasimində İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı general-mayor Əmir Əli Hacızadə, İRNA-nın baş direktoru Əli Naderi, hökumətin mətbuat katibi Əli Bahaduri Cəhürmi və bəzi ordu və ölkə rəsmiləri iştirak edirdi.
Sizin rəyiniz